Xəzər Xəbər

Məşhur aktyorun anasının evindən 1,5 milyon PUL və ZİNƏT ƏŞYALARI OĞURLANDI

Şou Biznes | 17:55 • 8 Noyabr 2018
Məşhur aktyorun anasının evindən

Türkiyəli məşhur ifaçı Mahsun Kırmızıgülün anası evdəki qulluqçutərəfindən soyulub.

Oxu.Az xəbər verir ki, türkmənistanlı qulluqçu ikihəftə öncə müğənninin anası Faika Arıkın evində çalışmağa başlayıb.

O, 5 noyabr tarixində çalışdığı evi soyaraq təxminən 1,5 milyon lirə dəyərində olan pul və zinət əşyalarını aparıb.

Hadisədən sonra Kırmızıgülün anası polisə xidmətçisi ilə bağlı şikayət edib. Polis isə axtarış tədbirlərinə başlayıb. Məlum olub ki, qulluqçu əri ilə birgə Türkiyədən qaçmağa çalışıb. Lakin oğurluq hadisəsinin üstündən 24 saat keçmədən polis qulluqçunu, ərini və digər altınəfər şübhəli şəxsi yaxalayıb.

Onların üstündən 67 min dollar və 300 qram qızıl bilərzik çıxıb. Oğrular iddia edib ki, evdən götürdükləri əşyalar yalnız üstlərində olandır.

Xəbər lenti