Rusiya millisinin sabiq üzvü Andrey Arşavin karyerasını başa vurub.
Bu barədə 37 yaşlı oyunçu özü məlumat verib. Arşavin məşqçi kimi işləmək istədiyini bildirib.
Qeyd edək ki, Arşavin 2016-cı ildə "Kuban"dan "Kayrat"a keçib. O, Qazaxıstan klubunda 100 oyuna 30 qol vurub və bu mövsüm Qazaxıstan çempiontında gümüş medal qazanıb. Arşavin "Zenit" və "Arsenal"da da çıxış edib.