Xəzər Xəbər

Goranboyda ağır qəza: Ölən və yaralılar var VİDEO

Veb TV | 19:27 • 12 Oktyabr 2018
Goranboyda ağır qəza: Ölən və yaralılar var

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Hadisə oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonununZeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi "Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi "VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Xocalı rayon Polis şöbəsitərəfindən araşdırma aparılır.

Xəbər lenti