Xəzər Xəbər

Trampın ittihamları əsassız çıxdı - Çin sübut etdi

Dünya | 19:09 • 12 Oktyabr 2018
Trampın ittihamları əsassız çıxdı - Çin sübut etdi
ABŞ Maliyyə Nazirliyinin əməkdaşları Trampın Çinə qarşı iqtisadi-ticari ittihamlarının əsassız olduğunu sübut ediblər.


Bu barədə "Bloomberg” nazirlikdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, xarici valyutalar üzrə hesabat hazırlayan ABŞ Maliyyə Nazirliyinin əməkdaşları qurumun rəhbəri Stiven Mnuçinə sübut ediblər ki, Çin öz milli valyutası yuanı manipulyasiya etmir. Əgər maliyyə naziri Mnuçin bu faktı nəzərə alarsa, bu,ABŞ-la Çin arasındakı ticarət müharibəsinin daha da gərginləşməsinin qarşısını alacaq, həmçinin, inkişaf etməkdə olan bazarların narahatlıq mənbəyini də aradan qaldıracaq.

Lakin mənbələrin dediyinə görə, ABŞ maliyyə naziri mövcud reallığı və faktları nəzərə almayıb, fərqli qərar da qəbul edə bilər. Çünki prezident Donald Tramp Çinin valyuta manipulyatoru elan edilməsi üçün Mnuçinə ictimai formada şəxsən təzyiq göstərib. Amma nazirliyin əməkdaşları bunun üçün əsas tapmayıblar.

"Bloomberg”in mənbələri onu da bildiriblər ki, Çinin yuanı manipulsiya etməkdə ittiham olunması ona qarşı sanksiyalara gətirib çıxarmayacaq, amma bu addım dünyanın iki ən böyük iqtisadi gücü arasında gərginliyi artıracaq. Bu isə qlobal ticarətə mənfi təsir edəcək.

Xəbər lenti