Xəzər Xəbər

ABŞ və İsrail: Rusiya `S-300`lərlə bağlı bizi aldadıb

Dünya | 14:23 • 12 Oktyabr 2018
ABŞ və İsrail:

ABŞ və İsrailin kəşfiyyat xidmətləri şayiə buraxıblar ki, Rusiya Suriyaya yerləşdirilən "S-300" zenit-raket komplekslərinin tədarükü ilə bağlı ictimaiyyəti aldadıb. Bu barədə "DebkaLife" portalı yazıb.

İsrailin hərbi kəşfiyyat üzrə ixtisaslaşan resursu yazır ki, Rusiyanın Suriyaya yerləşdirdiyi RƏM sistemini İran hərbçiləri idarə edəcək. Moskva əvvəlcədən hava hücumundan müdafiə sistemlərini iranlı mütəxəssislərə etibar etməyi planlaşdırıb.

Portal xəbər verir ki, Rusiya məhz 2016-cı ildə İrana satdığı "S-300PMU-2" modifikasiyalı kompleksləri Suriya ərazisinəyerləşdirib.

Xatırladaq ki, Rusiya "S-300"lərin tədarükünü Suriyaya oktyabr ayında başa çatdırıb. Zenit-raket kompleksi Suriyaya pulsuz verilib./FaktXəbər

Xəbər lenti