Xəzər Xəbər

Ukraynada qrip epidemiya halını alıb

Dünya | 08:57 • 12 Oktyabr 2018
Ukraynada qrip epidemiya halını alıb

Ukraynada qrip və kəskin respirator virus infeksiyası epidemiya halını alıb.

Xezerxeber.az-ın məlumatına görə, Ukrayna Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Mərkəzinin baş direktoru Vladimir Kurpit bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, təkcə ötən həftə Ukraynada 143 mindən çox insan qrip və kəskin respirator virus infeksiyasına tutulub. Onların 70 faizindən çoxu uşaqdır.


Onun sözlərinə görə, qripə qarşı 350 min dozalıq vaksin yaxın günlərdə apteklərdə satışa çıxarılacaq.

Xəbər lenti