Xəzər Xəbər

"Monako" baş məşqçisini istefaya göndərdi

İdman | 17:50 • 11 Oktyabr 2018
"Monako" baş məşqçisini istefaya göndərdi

Fransanın "Monako" klubu baş məşqçisi Leonardo Jardimi istefaya göndərib.


Bu barədə klubun rəsmi "Twitter" səhifəsində məlumat yayılıb. İstefaya səbəb komandanın uğursuz çıxışı olub. Belə ki, "Monako" cari mövsüm Fransa çempionatında keçirdiyi 9 oyundan 6 xal toplayıb və 18-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, Jardim 2014-cü ildən "Monako"ya rəhbərlik edirdi.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar