Xəzər Xəbər

“Qalatasaray” borc bataqlığında üzür

İdman | 16:18 • 11 Oktyabr 2018
“Qalatasaray” borc bataqlığında üzür

"Qalatasaray”ın İdarə Heyətinin iclasında klubun borcları açıqlanıb.

Vitse-prezident Kaan Kançal bu barədə raport təqdim edib.

O bildirib ki, iyunun 30-dan etibarən klubun və şəriklərinin ümumi borcu 2 milyard 689 milyon lirədi. Bu isə təxminən 386 milyon avroya yaxın məbləğdi. Əvəzində klubun 1 milyard 463 milyon lirə (210 milyon avro) alacağı var.

Alacaqları çıxsaq, "Qalatasaray” və şəriklərinin ümumilikdə 1 milyard 226 milyon lirə (176 milyon avro) borcu qalır. (Matç.az)

Xəbər lenti