Gələn ilin fevralında
Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp
arasında növbəti görüşün baş tutacağına dair yayılan xəbərlər yalandır. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə
açıqlamasında deyib. Onun sözlərinə görə, Putinlə Trampın növbəti görüşü
hələ planlaşdırılmayıb.
"Yayılan xəbərlər həqiqətə uyğun deyil. İndi iki ölkə prezidenti
arasında görüşün keçirilməsinə dair heç bir plan yoxdur” ,– deyə Peskov
bildirib.
Qeyd edək ki, bundan əvvəl xarici KİV-də 2019-cu ilin 14 fevralında Finlandiyada keçiriləcək Arktika Şurasının sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin növbəti görüşünün baş tutacağı barədə mləumat yayılmışdı./Azvision.az