Xəzər Xəbər

Dünyanın ən yaraşıqlı kişiləri hansı ölkədə yaşayır?

Şou Biznes | 15:51 • 11 Oktyabr 2018
Dünyanın ən yaraşıqlı kişiləri hansı ölkədə yaşayır?

Deyirlər ki, dünyada ən gözəl qızlar gürcülər və slavyanlardır. Bəs ən yaraşıqlı kişilər hansı millətlər hesab olunur?

Bu yaxınlarda "Insider Monkey” onlayn-jurnalı ən cəlbedici kişilərin yaşadığı ölkələrin reytinqini tərtib edib.

Yekun nəticə "Manhunt International”, "Mister International”, "Mister Global”, "Mister World” kimi müsabiqələrə əsasən tərtib olunub. Reytinqdə "Ən yaxşı bədən quruluşu”, "Cənab fotogenik”, "Ən yaxşı model”, "Ən cəlbedici təbəssüm” və s. bu kimi kateqoriyalar da nəzərə alınıb.

Əsas kateqoriyada qəbul edilən nominasiyaların sayına əsasən ən gözəl kişilərin yaşadığı top ölkələr müəyyən edilib.

Braziliya

Yaraşıqlı kişilərin yaşadığı qaynar ölkə... Təəccüblü deyil ki, onun nümayəndələri "Mister World” "Mister Global” və "Mister International” kimi müsabiqələrdə qalib olub.

Braziliyada kişilərin görüşərkən hər iki yanaqdan öpməsi normal qəbul olunur. Orada nəinki cəlbedici, həm də gülərüz insanlar yaşayır.

Vyetnam

Bu ölkədə kişilər çinlilərə oxşasa da, daha boylu-buxunlu və yaraşıqlıdır. Onları bütün dünyada sevirlər.

İlan cövhəri vyetnamlıların milli içkisidir. Bu ölkəyə səfər etsəniz, ehtiyatlı olun, çünki bağırsaqlar buna adət etməyib.

Livan

"Mister International” müsabiqəsində üç dəfə qalib gələn yeganə ölkədir. Livan sonuncu dəfə 2016-ci ildə qalib seçilib.

Livan yeganə ərəb ölkəsidir ki, ərazisində heç bir səhra yoxdur. Orada qumluqda yolu itirmək problemi ilə üzləşməyəcəksiniz.

Venesuela

Venesuela Cənubi Amerikada çox gözəl ölkədir. Venesualalı kişilərlə ailə quran qadınların gözəl övladları dünyaya gəlir.

Bu ölkədə dollarlar rəsmən qadağan olunub. Yalnız qara bazarda yerli valyutanı dollara dəyişmək imkanı tapa bilərsiniz.

Hindistan

Hindlilər çox xarizmatik və plastikdir. Hind kinolarını yada salın...

Hindistan ingilis dilində danışan əhali sayına görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur. Əgər ingiliscə bilirsinizsə, orada sizi anlayacaqlar.

İspaniya

İspan kişilərindən danışanda adətən yaraşıqlı futbolçuları yada düşür. Real Madrid futbol klubu dünyanın ən bahalı idman komandasıdır. Həmçinin burada sadə kişilər də yaraşıqlıdır.

İsveç

Göygöz, hündürboy sarışınlar olmadan bu dünyanın nə marağı? Onlar soyuq Skandinaviya ölkələrinin ən yaraşıqlı kişi tipajı sayılır.

Maraqlı fakt: İsveçdə 300 000 nəfərdən çoxu Karlsson soyadını daşıyır. Bir isveçli ilə dərhal tanış olsanız, dərhal soyadını soruşun.

CAR

Kifayət qədər inkişaf etmiş Afrika ölkəsi olan CAR-da yaraşıqlı və idmançı kişilər yaşayır. Yeri gəlmişkən, gözəllik müsabiqələrində "Ən yaxşı fiziki forma" titulunu adətən onlar qazanır.

CAR-ın ağdərili əhalisinin cəmi 9% təşkil edir. Bununla belə ağ dərili adamlar bu ölkədə əksər rəhbər vəzifələri tuturlar.

Çexiya

Çexlər "Mister fogenik" adını tez-tez qazanır.

Çexiya post kommunist ölkələr arasında iqtisadi cəhətdən ən sabit ölkədir. Həmçinin Avropa ittifaqında ölkələri arasında işsizliyin ən aşağı səviyyəsi burada müşahidə olunur.

Fransa

Fransız kişiləri sadəcə yaraşıqlı deyil, həm həssas, həm də romantikdir. Sevgi ölkəsi öz izini qoyur.

Fransa dünyada turistlərin ən çox üz tutduğu ölkə sayılır. O, hər il 80 milyondan çox turist qəbul edir.

Türkiyə

Niyə azərbaycanlı qızlar türklərə ərə gedir? Şəkillərə baxanda yaraşıq və xarizma öz sözünü deyir.

Dünyanın yeddi möcüzəsindən ikisi Türkiyədə yerləşir: Halikarnas mavzoleyi və Artemida Məbədi. Həmçinin Türkiyə çimərlikləri dünyada ən yaxşılarından biridir. Egey və Aralıq dənizi sahilindəki çimərliklərin çoxunun "Mavi Bayrağı" var.

P.S Yaraşıqlı kişilər harada olursa-olsun, sevdiyiniz insanı zahiri yox, xarakterindəki keyfiyyətlərinə görə qiymətləndirin. Ancaq hər halda diqqətəlayiq zahiri görkəmi olan xarici kişilərin şəkillərinə baxmaq maraqlıdır. Gözəl mənzərə və ya başqa bir sənət əsəri kimi...

Bəs sizin top onluğunuza hansı ölkələr daxildir?

publika.az

Xəbər lenti