Xəzər Xəbər

Milli Məclisdən Ermənistana sərt cavab VİDEO

Veb TV | 20:51 • 14 Sentyabr 2018
Milli Məclisdən Ermənistana sərt cavab

Azərbaycan Milli Məclisi Ermənistan parlamentinin ölkəmizə qarşı müharibə elan etməsinə sərt reaksiya verib. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, Ermənistanın belə bəyanatlar verməsi özünü gücsüz və gülünc göstərməkdən başqa bir şey deyil.

''Ermənistan rəhbərliyinin son dövrlər verdiyi bəyanatlar regionda vəziyyəti gərginləşdirməyə xidmət edir.Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi buna bir sübutdur''. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarasi əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. Millət vəkilinin sözlərinə görə Ermənistanın belə bəyanatlar verməsi gücsüzlüyün əlamətidir

Səməd Seyidov qeyd edib ki, artıq nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın hansı siyasət yürütdüyünü anlamalıdır və buna qarşı tədbirlər görməlidirlər.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan Ermənistandan fərqli siyasət nümayiş etdirir. Millət vəkili qeyd edib ki, Azərbaycan həmişə dialoqun tərəfdarıdır. Amma bu siyasətin də bir həddi var.

Görünən odur ki, Ermənistan hakimiyyəti belə məntiqsiz və sərsəm bəyanatlar verməklə özlərini dünya ictimaiyyətinə güldürməkdə davam edəcək.

Xəbər lenti