Rusiya Bankı əsas faiz dərəcəsini 0,25 faiz bənddən 7,5 faizədək artırmaq barədə qərar qəbul edib. RİA Novosti agentliyi xəbər verir ki, son 4 il ərzində bu,
ilk dəfədir baş verir. 2014-cü ildən bu göstərici yalnız azalırdı. Bu il
Rusiyanın Mərkəzi Bankı da əsas faiz dərəcəsini iki dəfə - fevral və
mart aylarında 0,25 faiz bəndi azaldıb, sonra isə fasilə götürüb.
Məqsədli
inflyasiya zamanı 4 faizli neytral əsas faiz dərəcəsini Mərkəzi Bank
6-7 faiz, yəni targetdən 2-3 faiz bəndi yuxarı dəyərləndirib.
Rusiya
Bankı əsas faiz dərəcəsini pul-kredit siyasətinin aləti kimi 2013-cü il
sentyabrın 13-də tətbiq edib. Bu, inflyasiyanın targetləşdirilməsi
rejiminə keçid çərçivəsində aşkarlığın artırılması məqsədi ilə həyata
keçirilib.