Xəzər Xəbər

Magistraturaların boş qalan yerlərinə ixtisas seçimi davam edir

Cəmiyyət | 10:51 • 11 Avqust 2018
Magistraturaların boş qalan yerlərinə ixtisas seçimi davam edir

2018/2019-cu tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi davam edir.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildiriblər ki, saat 10.30-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 454, rus bölməsi üzrə 10 bakalavr olmaqla, cəmi 464 bakalavr ixtisas seçimi ərizəsini təsdiq edib. "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisasın seçilməsi və təsdiqi avqustun 13-ü saat 23.59-da başa çatacaq.


Qeyd edək ki, ixtisaslaşmaların siyahısı "Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
456 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti