Xəzər Xəbər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər VİDEO

Veb TV | 20:56 • 10 Avqust 2018
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Biz Azərbaycan ərazisindən keçməklə beynəlxalq bazara çıxarılacaq tranzit yüklərin əhəmiyyətli dərəcədə dəfələrlə artmasını gözləyirik. Bu açıqlamanı Prezident İlham Əliyev tacikistanlı həmkarı ilə birgə mətbuata bəyənatlarla çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, bu gün imzalanan memorandumlar sadəcə, ticari-iqtisadi razılaşmalar deyil, bu, iqtisadi sahədə uzun illər üçün münasibətlərin inamlı inkişafını müəyyən edəcək layihələrdir və yüzlərlə yeni iş yeri yaratmağa imkan verəcək.

Azərbaycanda rəsmi səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub. Prezidenti İlham Əliyev tacikistanlı həmkarını qarşıladıqdan sonra əvvəlcə dövlət başçılarının təkbətək görüşü olub. Görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Daha sonra isə müzakirələr geniş tərkibdə davam etdirilib. Bu zaman ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləri müzakirə edilib. Əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin olduğu bildirilib. Geniş tərkibli görüşün ardınca Prezident İlham Əliyev və həmkarı Emoməli Rəhmon dövlət başçılarının birgə bəyanatını imzalayıblar. Sonra diplomatiya, təhsil, təhlükəsizlik, iqtisadiyyat ,ticarət, ixrac və investisiya, sənaye, baytarlıq, kimi sahələrlə bağlı ümumilikdə 12 sənəd imzalanıb .

İmzalama mərasimindən sonra dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev bildirib ki, Emoməli Rəhmonun Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir. Dövlət başçısı həmçinin Tacikistanın Dağlıq Qarabağ münaqişəsiylə bağlı mövqeyini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev həmçinin qeyd edib ki, iqtisadi əməkdaşlığın güclənməsi imkanları çox genişdir. Tacikistandan daşinan yüklərin artacağına ümid bəslədiyini deyən dövlət başçısı əldə olunan razılaşmalar sayəsində Azərbaycan ərazisindən keçməklə beynəlxalq bazara çıxarılacaq tranzit yüklərin əhəmiyyətli dərəcədə artımı gözlənilir.

Tacikistan Prezidenti Emoməli Rəhmon isə öz növbəsində qeyd edib ki, Azərbaycan Tacikistanın xarici siyasət strategiyasında mühüm yerlərdən birini tutur . O , ölkəsi ilə Azərbaycanın əməkdaşlığının gələcəkdə də inkişafında və möhkəmlənməsində maraqlı olduğunu qeyd edib.

 

 

Sonda Prezident İlham Əliyev qeyd etdi ki, müzakirə olunan bütün məsələlər konkret nəticələrə hədəflənib. Tacikistanla qarşılıqlı sosial-iqtisadi fəaliyyət xalqlarımızı daha da yaxınlaşdıracaq.

Xəbər lenti