Xəzər Xəbər

Azərbaycanda körpələrə “Topuq testi” tətbiq olunacaq VİDEO

Veb TV | 20:57 • 10 Avqust 2018
Azərbaycanda körpələrə “Topuq testi” tətbiq olunacaq

Artıq körpə dünyaya gələn kimi onun hansı xəstəliklərinin olduğunumüəyyənləşdirmək mümkün olacaq. Dünya səhiyyə sistemində geniş yayılan "topuq testi" Azərbaycanda da tətbiq olunacaq .Bunun üçün avadanlıqlar alınıb. İlk növbədə elmi-tədqiqat mamalıq və ginekologiya inistitutunda tətbiq olunduqdan sonra tədricən respublika ərazisində yerləşən xəstəxanalarda analizlər reallaşacaq

Azərbaycandayeni doğulankörpələrin anadangəlmə irsi xəstləyini müəyyən etmək mümkün olacaq.

Bu dünya səhiyyə sistemində və Azərbaycanda da tətbiq olunacaq "Topuq testi"sayəsində olacaq. Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib ki,"topuq testi" bir neçə erkən xəstəliklərin diqanostikası üçün nəzərdə tutlub. Onun sözlərinə görə, uşaq doğulandan ilk sutka ərzində test götürmək olacaq.

Baş pediatr Nəsib Quliyev bildirib ki, yeni doğulan uşaqdan götürüləcək "Topuq testi" üçün avanadlıqlar alınıb. Proqram iki mərhələdən ibarət olacaq, əvvəl pilot şəklində Bakıda həyata keçiriləcək.

Dünya tibb sistemində olan "Topuq testi"i dövlət tərəfindən pulsuz şəkildə gerçəkləşdiriləcək.Proqramın tətbiqinə yaxın aylarda başlanılacaq

Xəbər lenti