Xəzər Xəbər

Ukraynada məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi

Dünya | 16:50 • 10 Avqust 2018
Ukraynada məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi

Ukraynanın Zaporejye vilayətində azərbaycanlı qeyri-leqal miqrant yaxalanıb.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu ilin yazında Akimov rayon məhkəməsi qanunsuz yolla Ukraynaya gələn Azərbaycan vətəndaşının deportasiyası ilə bağlı qərar qəbul edib. Sonuncu isə adekvat davranmayıb. O, qətiyyətlə əcnəbilərin olduğu bölgəyə getməkdən boyun qaçırıb və bildirib ki, bu, onun azadlıqlarının pozulmasıdır.


Bundan sonra həmin şəxs məhkəmə zalından qaçıb və yarım il bölgələrə səfər etməklə miqrasiya xidmətinin əməkdaşlarından gizlənib.


Bu günlərdə o, Akimov rayonunun bazarında ələ keçib. Hazırda onun Ukraynadan çıxarılması üçün sənədlər hazırlanır.

Xəbər lenti