Xəzər Xəbər

Haradan haraya Budaq Nəsirov "Sportinq"dən "Zirə"yə TRANSFER OLDU

İdman | 15:25 • 10 Avqust 2018
Haradan haraya

Portuqaliyanın "Sportinq" klubunda çıxış edən U-21 millimizin üzvü Budaq Nəsirov karyerasını Azərbaycanda davam etdirəcək.

22 yaşlı yarımmüdafiəçi paytaxtın "Zirə" klubuna keçib. Bu barədə sportal.az-a "qartallar"ın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O, son danışıqların getdiyini və transferin tezliklə yekunlaşacağını deyib.

Qeyd edək ki, millimizin üzvü 2016-cı ildə "Sumqayıt"dan "Sportinq"ə keçib. Nəsirov Lissabon klubunun B komandasında çıxış edirdi. Onun "Sportinq"lə 2021-ci ilə qədər müqaviləsi var.

Xəbər lenti