Xəzər Xəbər

ABŞ-da Stiven Siqala qarşı istintaq başladı

Şou Biznes | 11:26 • 10 Avqust 2018
ABŞ-da Stiven Siqala qarşı istintaq başladı
ABŞ-ın Los-Anceles ştatının prokurorluğu tanınmış aktyor Stiven Siqalın qadınlara qarşı cinsi təcavüz işi üzrə istintaqa başlayıb


Bu barədə "Deadline” xəbər portalı məlumat verib. Qeyd olunur ki, Los-Ancelesin polis departamenti Siqalın cinsi təcavüz işini prokurorluğa təqdim edib və hazırda araşdırma aparılır.


2017-ci ildə ABŞ-da Siqalın qadınlara qarşı cinsi təcavüzü il bağlı böyük qalmaqallar yaşanmışdı. 50-dən çox qadın onu qeyri-etik davranışda ittiham edib. Onların sırasında aktrisalar Ancelina Coli və Qvinet Peltrou da var.

Xatırladaq ki, avqustun 4-də Stiven Siqal Rusiya-Amerika humanitar əlaqələri məsələləri üzrə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi təyin edilib. /azvision.az

Xəbər lenti