Xəzər Xəbər

Salyanda heyvan oğurlayan iki qardaş saxlanılıb VİDEO

Veb TV | 17:10 • 12 İyul 2018
Salyanda heyvan oğurlayan iki qardaş saxlanılıb
Salyan rayonundaheyvan oğruları saxlanılıb.

Rayonun Peyk kənd sakini Abdulla Cəbrayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun həyatyanı sahəsində heyvan saxlanılan tiklidən 2 baş iribuynuzlu heyvanının oğurlandığını bildirib.

Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Birinci Varlı kənd sakinləri Rəşad Rəşidov, Ramil Rzayev və onun qardaşi Famil Rzayev şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

İlkin dindirilmə zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olub qrup təşkil edərək axşam saatlarinda Abdulla Cəbrayilovun heyvanları saxladığı fermaya gələrək dəmir parcası ilə qapının qıfilla baglanmiş zəncirini qiraraq tövləyə daxil olublar və oradan 2 baş iribuynuzlu heyvanı oğurlayıblar.

Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər.

Hazırda faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti