"Kənd Təsərrüfatı
Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərin İdarə
Edilməsi üzrə Dövlət Xidməti bu ilin sonuna kimi kreditləşməyə təxminən
10 milyon manat pul ayırmağı planlaşdırır " .
XəzərXəbər xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.
O, həmin məbləğdən 1,5 milyon manatın 40 fermer tərəfindən götürüldüyünü diqqətə çadırıb.
"Sözügedən
40 fermer ölkənin 20 -dən çox rayonunu əhatə edir. Bu, kənd təsərrüfatı
yönümlü rayonlardır. Həmin fermerlər əkinçilik, maldarlıq, həmçinin
qablaşdırma ilə məşğul olanlardır. İnanırıq ki, bu ilin sonuna qədər
fermerlərə kömək məqsədilə əlavə vəsait ayıra biləcəyik ".
M.Əliyev deyib ki, Kənd Təsərrüfatı Nazirliyi
yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərin İdarə Edilməsi
üzrə Dövlət Xidməti vəsaiti 2% -lə kredit təşkilatlarına, onlar da 7 %
olmaqla fermerlərə veririrlər."Məqsədimiz faiz dərəcələrin artırılması
deyil, əksinə azaldılmasıdır. Hazırda bazar araşdırması aparırıq. Çünki
bizim qurumla yanaşı, Sahibkarlığa Kömək Milli Fondunun kreditlər verir.
Bazar araşdırmaları aparmaqda məqsədimiz potensialı artırmaq üçün hansı
addımları ata biləcəyimizi müəyyənləşdirməkdir ".