Xəzər Xəbər

Oğurluq edən 6 nəfər tutuldu İkisi qardaşdır

Hadisə | 15:04 • 11 İyul 2018
Oğurluq edən 6 nəfər tutuldu
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da Akif Vəliyevin həyətindən 1 baş inək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elşad Fərzəliyev saxlanılıb.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, onun iyunun 27-də Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Asif Ağayev və Nizami Abbasovla birgə Əlmurad Vəlizadənin həyətindən 2 baş inək oğurlaması da müəyyən edilib. Görülmüş tədbirlərlə A.Ağayev və N.Abbasov saxlanılıblar.


Bundan başqa Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də Abdulla Cəbrayılovun həyətindən 2 baş inək oğurlamaqda şübhəli bilinən Birinci Varlı kənd sakinləri Rəşad Rəşidov, Ramil Rzayev və qardaşı Famil saxlanılıblar.

Xəbər lenti