Xəzər Xəbər

Hesablar dəyişdi: Biri 100, digəri 300 milyona gedəcək

İdman | 15:17 • 14 İyun 2018
Hesablar dəyişdi:

Çempionlar Liqasını üst-üstə 3 dəfə çempion kimi bitirən "Real Madrid” transfer dövrünün ən sürətli komandası olmağı planlaşdırır.

Klub Dünya Çempionatından sonra bombaları ard-arda partladacaq.

İlk olaraq baş məşqçi Zinəddin Zidanın istefasından sonra klubdan ayrılması dəqiqləşən Kriştiano Ronaldonun taleyi həll olunacaq. 2009-cü ildə "Mançester Yunayted”dən 94 miıyon avro qarşılığında transfer edilən Ronaldonun 100 milyon avroya sabiq komandasına satılması planlaşdırılır. Udluz futbolçu da vergidən yayınmaqda ittiham olunduğu üçün İngiltərəyə qayıtmaqda maraqlıdır.

"Real” forması ilə 438 rəsmi matçda 450 qola və 131 məhsuldar ötürməyə imza atan 33 yaşlı təcrübəli hücumçunun "Old Trafford”a qayıtması şansı yüksək dəyərləndirilir.

"Real”ın ikinci əsas transfer məsələsi isə PSJ-nin ulduzu Neymar olaraq qalır. 2017-ci ildə "Barselona”dan 222 milyona Paris klubuna transfer olan Neymarın öz rekordunu yeniləyərək 300 milyon qarşılığında "Real”a keçəcəyi gözlənilir. 26 yaşlı braziliyalı ulduzun anası oğlunun Parisdə xoşbəxt olmadığını bildirir. PSJ-nin prezidenti Nasir Əl-Xəlifə ulduzu satmaq istəməsə də, Neymar Parisdən getmək istədiyini birbaşa ona deyəcək./publika.az

Xəbər lenti

Çox oxunanlar