Xəzər Xəbər

"Lopeteqi bizim xəbərimiz olmadan "Real"la müqavilə imzaladı"

İdman | 14:58 • 14 İyun 2018
"Lopeteqi bizim xəbərimiz olmadan "Real"la müqavilə imzaladı"

İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlama verib.

O, ötən gün istefaya göndərilən Xulen Lopeteqinin istefası haqda danışıb:

"Lopeteqi bizim xəbərimiz olmadan "Real"lamüqavilə imzaladı. Özümüzü xəyanətə uğranmış kimi hiss etmirik, ancaq belə hal baş verməməli idi. Bu hadisəyə reaksiya verməli idik. Nə olursa, olsun, buna bir reaksiya verməli idik, verdik də! Futbolçularla söhbət etdim, əllərindən gələni edəcəklər. Lopeteqi çox yaxşı məşqçi idi, lakin belə qərar verməli idik. İspaniya millisi bütün ispanlarındır. Onun "Real"agedəcəyini hamıdan 5 dəqiqə qabaq öyrəndik. Belə bir addım qəbul edilə bilməzdi. Julen millini yaxşı çalışdırdı, amma belə olmamalı idi".

Qeyd edək ki, İspaniyanı mundialda Fernando Yerro çalışdıracaq.

Xəbər lenti