Xəzər Xəbər

Regional avtovağzallara pasport verilib

Cəmiyyət | 14:33 • 14 İyun 2018
Regional avtovağzallara pasport verilib
Bakı Ekspo Mərkəzində 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road & Traffic 2018” sərgisi çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov avtovağzalların rəhbərləri ilə görüşərək onlara qanuni şəkildə fəaliyyətlərini davam etdirmək üçün pasportlar təqdim edib.


Xidmətdən XəzərXəbər-ə verilən xəbərə görə, "Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportunun zəruriliyi rəsmiləşdirilib.

Avtovağzalın (avtostansiyanın) qanuni fəaliyyət göstərməsi üçün əsas rəsmi sənəd hesab edilən pasportların təqdimatı zamanı sərnişindaşımada yarana biləcək problemlərə dair fikir mübadiləsi aparılıb, qeyri-qanuni bilet satışının qarşısının alınması, avtobusların avtostansiyalara cəlb olunması və qrafiki kimi məsələlər əsas müzakirə mövzusu olub.

Bundan əlavə, İsmayıllı və Qəbələ avtovağzallarında qeyri-qanuni fəaliyyətlə məşğul olan daşıyıcılarla əlaqədar qabaqcadan tədbirlərin görülməsinə dair Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq dəstəyin verilməsi ilə bağlı tərəflər ilkin razılığa gəlib. Görüşdə Qəbələ və İsmayıllı avtovağzallarının rəhbərləri iştirak edib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti