Xəzər Xəbər

İrandan ölkəyə gələn bu şəxsdən narkotik çıxdı VİDEO

Veb TV | 20:35 • 13 İyun 2018
İrandan ölkəyə gələn bu şəxsdən narkotik çıxdı
İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik maddə keçirən şəxs saxlanılıb.

Gürcüstan vətəndaşı olan Almaz Rzayev qanuni yolla Türkiyədən İrana keçərək orada Xatəm adlı şəxslə cinayət əlaqəsinə girib. O, külli miqdarda narkotik maddəni həmin şəxsin bələdçiliyilə Azərbaycan ərazisinə keçirkən Biləsuvar rayon Səmədabad kəndində dövlət sərhədi yaxınlığında saxlanılıb.

Saxlanılarkən onun üzərindəki idman çantasından 8 kq-dan çox narkotik maddə olan tiryək və 300 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Almaz Rzayev polisə verdiyi ilkin ifadə zamanı bildirib ki, üzrindəki narkotiki ona İrandan qaçaq yolla Azərbaycana keçirmək tapşırılıb.

Bunun müqabilində isə ona müəyyən məbləğdə pul ödəniləcəyi vəd verilib.

Hazırda faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir.

Xəbər lenti