Xəzər Xəbər

Gömrükdə 5 tona yaxın narkotik aşkar edilib

Hadisə | 16:29 • 13 İyun 2018
Gömrükdə 5 tona yaxın narkotik aşkar edilib
"2016-cı ildən bu günə qədər gömrük sahəsində 19 min 346 hüquq pozuntusu halı aşkarlanıb. Onların əksəriyyəti inzibati xətalardır”


XəzərXəbər-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin rəis müavini Güloğlan Muradlı "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarda deyib.


G.Muradlı qeyd edib ki, Komitə bu ilin ilk 5 ayı ərzində 4 ton yarıma yaxın narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısını alıb: "Bunun 1,87 tonu yarımsintetik narkotik vasitə hesab edilən heroin olub. 1 kq heroindən 10 min doza əldə edilə bilər. Bu isə 3-4 milyon insanı narkotik maddə istifadəçisinə çevirə bilər. Hazırda ölkədə rəsmən 30 mindən çox narkotik vasitə istifadəçisi var. Amma real rəqəmin 6-10% çox olduğu bildirilir".

G.Muradlı insanların qanunsuz narkotik vasitə dövriyyəsi üçün ağlagəlməz daşınma vasitələrindən istifadə etdiklərini də vurğulayıb.

Xəbər lenti