Xəzər Xəbər

"Qalatasaray" dünya ulduzunu transfer edir

İdman | 17:10 • 16 May 2018
"Qalatasaray" dünya ulduzunu transfer edir

Super Liqada çempionluğu rəsmiləşdirmək üzrə olan "Qalatasaray" transfer bombasını partlatmaq qiyyətindədi.


Məşhur İtaliya qəzeti "Tuttosport" xəbər verir ki, İstanbul klubu "Nitsa"dan Mario Balotellini heyətinə qatmaq istəyir.


Xəbərdə bildirilir ki, italiyalı ulduzu "Qalatasaray"la yanaşı, "İnter", "Napoli", ÇSKA (Moskva), "Marsel" və "Borussiya" (Dortmund) da istəyir.


Qeyd edək ki, Balotelli peşəkar karyerasına "İnter"də başlayıb. Milan klubu 2010-cu ildə onu 29,5 milyon avroya "Mançester Siti"yə satıb. 3 il sonra 20 milyon avroya "Milan"a transfer olunan hücumçu 2014-cü ildə eyni qiymətə "Liverpul"a transfer olunub. 2016-cı ildən "Nitsa"da çıxış edən 27 yaşlı futbolçu cari mövsümdə 37 rəsmi oyuna çıxaraq 26 qol vurub və 1 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti