Xəzər Xəbər

Masallıda maraqlı olay: Gəzir, işləyir amma ölü kimi qeydiyyatdadır - VİDEO

Veb TV | 20:59 • 16 Aprel 2018
Masallıda maraqlı olay:

Rayondan aldığı avtomobili öz adına keçirmək istəyən Masallı sakini gözləmədiyi bir halla qarşılaşıb. Notarius-da onun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin etibarsız olduğu, özünün isə ölmüş şəxs kimi qeydiyyata alındığı bildirilib. Əlişir Nurəliyev rəsmi sənədlərə əsasən düz 35 il əvvəl ölüb. Məsələyə Masallı rayon qeydiyyat şöbəsi də münasibət bildirib.

Gəzir, işləyir amma rəsmi sənədlərdə ölü kimi qeydiyyatdadır.

Masallı rayonu Mollaoba kəndində yaşayan 1974-cü il təvəllüdlü Əlişir Nurəliyevə 35 il bundan əvvəl öldüyü deyilib.

Əlişir Nurəliyev bu ayın əvəlində Cəlilabad rayonundan avtomobil alıb. Aldığı atvomobili öz adına qeydiyyatdan keçirmək üçün Cəlilabaddakı notariat kontoruna müracət edib. Burada onun təqdim etdiyi şəxsiyət vəsiqəsi etibarsız sayılıb.Əlişir Nurəliyevə deyilib ki,onun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin sahibi 1983-cü ildə dünyasını dəyişib.

Sağ ikən öldüyü iddia olunan Əlişir bu cür problemlə 44 il ərzində ilk dəfə qarşılaşdığını deyir.Bu illər ərzində bir neçə dəfə şəxsiyyət və sürücülük vəsiqələrini dəyişən Əlişir Nurəliyev indi necə öldüyünü heç özü də anlamır.

Məsələ ilə bağlı Ədliyyə nazirliyinin Masallı rayon qeydıyyat şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, Əlişir Nurəliyev doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ilə birlikdə müraciət etməlidir. Ola bilər ki,sistemdə həmin şəxsin qeydiyyatı səhv düşsün.Məsələ ətraflı araşdırıldıqdan sonra Əlişir Nurəliyevə məlumat veriləcək.


Xəbər lenti