Xəzər Xəbər

TÜKÜRPƏDƏN HADİSƏ: Balıqçıların toruna cəsəd düşdü - 5 yaşlı uşağı... - VİDEO

Veb TV | 17:06 • 16 Aprel 2018
TÜKÜRPƏDƏN HADİSƏ:

Türkiyədə balıqçılar qorxunc hadisəylə qarşılaşıblar.

Hadisə Sazlıbosna bölgəsində baş verib. Göldə balıq tutan balıqçıların toruna uşaq cəsədi düşüb. Hadisədən şoka düşən yerli sakinlər cəsədin parçaya bükülü olduğunu bildirib.

Balıqçılar hadisə haqda dərhal polisə məlumat verib. İlkin araşdırmalardan sonra cəsədin təxminən 5 yaşında qız uşağına aid olduğu açıqlanıb.

Daha sonra meyit tibbi ekspertiza üçün morqa göndərilib./publika.az


Xəbər lenti