Xəzər Xəbər

Dembele ayrılıq iddialarına münasibət bildirdi

İdman | 16:52 • 16 Aprel 2018
Dembele ayrılıq iddialarına münasibət bildirdi

"Barselona"nın mövsümün əvvəlində 105+40 milyon avro qarşılığında "Borussiya"dan transfer etdiyi Usman Dembele açıqlama verib.

Fransalı vinger haqqında çıxan transfer şayiələrini təkzib edib:

"Barselona" ilə 5 illik müqaviləm var. Burada oynamaq istəyirəm. Ayrılmaq niyyətim yoxdur. Uzun müddət bu komandada qalacam".

20 yaşlı futbolçu fiziki durumunun yaxşı olmadığını etiraf edib:

"Hazırda formamın pik nöqtəsində deyiləm. Fiziki cəhətdən əvvəlki kimi deyiləm və tez yoruluram. Ən yaxşı şəkildə geri dönəcəm".

Qeyd edək ki, Dembele bu mövsüm "Barselona"nın heyətində 18 oyun keçirib və 1 qol, 7 assistlə yadda qalıb.

Xəbər lenti