Xəzər Xəbər

45 yaşlı Gülben Ergenin yeni sevgilisi ÜZƏ ÇIXDI - FOTO

Şou Biznes | 15:02 • 16 Aprel 2018
45 yaşlı Gülben Ergenin yeni sevgilisi

45 yaşlı müğənni Gülben Ergen prodüser Burak Törer ilə sevgili olduğunu etiraf edib.

Müğənni Bostancı Mərkəzində verdiyi konsertdə yeni sevgiyə yelkən açdığını təsdiqləyib.

2 il əvvəl məşhur aparıcı Erhan Çelikdən qalmaqallı şəkildə ayrılan ifaçı mətbuat nümayəndələrinin "Burak bəy ilə sevgilisiniz?” sualına bu cavabı verib: "Çox yaxşıyam və xoşbəxtəm".

Burak Törer isə məsələ haqqında "Gülben xanımdan soruşun, cavab vermirəm. O sənətçidir" , - deyə bildirib.

Xatırladaq ki, Gülben Ergenin Mustafa Ərdoğanla 6 illik nikahından 3 oğlu var. Mustafadan boşandıqdan sonra Gülben Ergen Erhan Çeliklə ailə qurub. Onların nikahı 2 ildən az davam edə bilib./publika.az








Xəbər lenti