Xəzər Xəbər

Magistral yolda avtomobillər şütüyür - Piyadalar hardan keçəcəklərini bilmirlər - VİDEO

Veb TV | 20:56 • 13 Mart 2018
Magistral yolda avtomobillər şütüyür -

Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində piyada keçidinin olmaması ətraf kəndlərin sakinlərinin işini çətinləşdirib. Sürətlə gedən avtomobillərin arasından keçmək insanlar üçün təhlükəyə çevrilir. Aidiyyatı qurumlar isə problemin yaxın vaxtlarda aradan qaldırılacağını deyirlər.

Magistral yolda avtomobillər şütüyür. Piyadalar hardan keçəcəklərini bilmirlər.

Səbəb isə magistral yolda piyada keçidlərinin olmamasıdır.

Sakinlərin sözlərinə görə, bu yolu keçmək onlar üçün problemə çevrilib. Ərazidə yolun digər tərəfinə keçmək üçün nə yerüstü, nə də yeraltı keçid var.

Hətta bəzi valideynlər uşaqları yolun o biri tərəfindəki məktəbə aparmaq üçün öz avtomobillərindən istifadə edirlər.

Magistral yol Azərbaycan Avtomabil Yolları Dövlət Agentliyinin balansındadır. Qurumun sözçüsü Anar Nəcəfli "XəzərXəbər"ə bildirib ki, hazırda magistral yolda 3 ərazidə - Ucar rayonunda "4 yol" adlanan ərazidə, Ağdaş rayon Ləki qəsəbəsi və Əmrarx kəndləri ərazilərində yerüstü keçidin inşası üçün lazımı sənədlər hazırlanaraq smetası tutlub. Yaxın vaxtlarda keçidlərin tikintisinə başlanılacaq.

Xəbər lenti