Xəzər Xəbər

CİDDİ TƏHLÜKƏ: 6 növ qurdun ocaqları aşkarlandı - VİDEO

Veb TV | 20:58 • 13 Mart 2018
CİDDİ TƏHLÜKƏ:

Azərbaycanda sağlamlığa ciddi təhlükə törədən qurdların ocaqları aşkarlanıb. Zoologiya instutunun əməkdaşlarının cənub bölgəsində apardıqları araşdırmalar nəticəsində insana yoluxma ehtimalı böyük olan 2 qurd növü tapılıb. Bu qurdlar əsasən ev heyvanları vasitəsilə insana keçir.

Azərbaycanın cənub bölgəsində insanların sağlamlığına ciddi təhlükə törədə biləcək 2 yeni qurd növü aşkarlanıb. Zoologiya İnstutunun əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində bu bölgədə ümumilikdə 6 yeni qurd növü müəyyən edilib ki, onlardan 2-si insan bədənində də yaşaya bilir.

İnstitutun şöbə müdiri Vüsalə Nərimanovanın sözlərinə görə, bu qurdlar əsasən gəmiricilərdə formalaşır və onların vasitəsilə yayılır.

Bu qurdlar insanlara əsasən ev heyvanları vasitəsilə keçə bilər və həmin insanlarda bəzi simptomlar müşahidə edilir.

Mütəxəssislər bu və buna bənzər qurd xəstəliklərindən qorunmaq üçün xüsusilə it və pişik kimi ev heyvanları ilə az təmasda olmağı və gigiyenik normalara əməl etməyi məsləhət görürlər.


Xəbər lenti