Xəzər Xəbər

Harri Keyn ciddi zədə aldı

İdman | 12:20 • 13 Mart 2018
Harri Keyn ciddi zədə aldı

"Tottenhem”in və İngiltərə millisinin hücumçusu Harri Keyn "Bornmut"la matçda ciddi zədə alıb.

Premyer Liqanın 30-cu turunun qarşılaşmasında rəqib qolkiper Asmir Beqoviçlə mübarizə zamanı zədələnən forvard uzun müddət yaşıl meydandan kənarda qala bilər. Bu barədə Britaniya mətbuatı xəbər yayıb. Keynin dünya çempionatından kənar qalmaq təhlükəsi də var.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 24 qol vurub və bombardirlik yarışında Məhəmməd Salahla birgə başçılıq edir.

Xəbər lenti