Xəzər Xəbər

Həcc ziyarəti üçün yeniliklər var - VİDEO

Veb TV | 11:38 • 14 Fevral 2018
Həcc ziyarəti üçün yeniliklər var -

Həcc ziyarəti üçün nəzərdə tutulan kvota artırılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyası məsələləri üzrə komissiyanın üzvü Hacı Həmdullah Babayev "Xəzər Səhər"ə açıqlamasında deyib.

Sənəd qəbuluna artıq 3 gündür start verilib. Hələlik Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyasına 9 müraciət olub. Bundan başqa, təkrar həccə getmək istəyənlər isə əlavə məbləğ ödəməlidirlər.

Tövsiyə olunur ki, zəvvarlar müraciət üçün son ayları və ya son günləri gözləməsinlər. Çünki sənədləri verib, ödənişi etdikdən sonra sizə ziyarətlə bağlı təlimatlar veriləcək.

Əsas yeniliklərdən biri də odur ki, bu il zəvvarların hamısı eyni oteldə qalacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti