Xəzər Xəbər

Ronaldo: Mourinyo olan yerdə mən olmayacam

İdman | 18:22 • 13 Fevral 2018
Ronaldo:

Kriştiano Ronaldo "Mançester Yunayted"in transfer təklifini rədd edib. Buna səbəb komandaya Joze Mourinyonun başçılıq etməsi olub.


"Le10Sport"un xəbərinə görə, Ronaldo "Mançester Yunayted" rəhbərliyinə Mourinyonun olduğu yerdə oynamayacağını bildirib. İngiltərə klubu portuqaliyalı mütəxəssislə yeni müqavilə imzaladığından futbolçunun doğma klubuna dönüşü məsələsi qapanıb.


Qeyd edək ki, "Mançester Yunayted" Ronaldonu 2009-cu ildə "Real"a 94 milyon avroya satıb.

Xəbər lenti