Xəzər Xəbər

500 manata satılan yumurtanın üzərinə görün nə yazılıb – “Bu, Allahın lütfüdür”- VİDEO

Veb TV | 17:24 • 13 Fevral 2018
500 manata satılan yumurtanın üzərinə görün nə yazılıb

Türkiyədə toyuq üzərində "1” yazan yumurta yumurtlayıb.

Mersinin Silifke bölgəsində 25 ildir yumurta satan Ayşe Civelek saxladığı toyuqlardan birindən ‘1’ yazan yumurta əldə edib.

Dolanışığını yumurta sataraq əldə etdiyini qeyd edən Ayşe xanım, "25 ildir ki, toyuq işləri ilə məşğul oluram. Toyuq alıram və satıram. 25 ildir ilk dəfə belə bir şey gördüm. 1 nömrəli yumurta görənləri heyrətə salır. Yumurtanın normal qiyməti 1 lirədir, ancaq bu yumurtanın üzərində "1” yazdığı üçün min lirədən satacağam. Min lirə gətirən üzərində "1” yazan yumurtanı aparar” deyib.

Yumurtanı əlinə alaraq araşdıran Ayşe Civelekin qonşusu İsmayıl Kəsər isə, "Bu, Allahın bir lütfudur. İnanmayanlara gözəl bir nümunə. Allahın bir olduğunu göstərən bir hadisədir” deyib.

Xəbər lenti