Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatının elçilərindən olan Viktoriya Lopyreva Argentinada da diqqət mərkəzinə düşüb.
Rus model "Boka Xuniors" -" Temperley" matçını canlı izləyib. "La Bombonera" stadionundakı qarşılaşmada bütün diqqətlər Viktoriyanın üzərində olub.
Oyundan sonra açıqlama verən Lopyrevavika "Deyirlər ki, "Boka Xuniors"un stadionu ürək kimi döyünür. Bunun canlı şahidi oldum" deyib.
Fanat.Az