İnsan bədəni düşündüyümüzdən də möhkəm və dözümlüdür. Gərginlik, qorxulu
qəzalar, hündürlükdən yıxılan insanların bəziləri sağ qalıblar.
XəzərXəbər publika.az-a istinadən məhz belə qorxunc hallar yaşayıb, lakin sağ qalan insanların hekayəsini təqdim edir.
2010-cu ildə internetdə başının yarısından məhrum olmuş kişinin fotoları
yayıldı. Bəziləri fotonun həqiqiliyinə şübhə etməyə başladı. Amma şəkil
həqiqi idi. Fotodakı təsvir olunmuş oğlanın adı Karlos Rodriqesdir və
o, dostları arasında "Yarımçıq" ləqəbi ilə tanınır. Rodriqes avtomobil
qəzasında ön şüşədən çölə uçub. Başından ölümcül xəsarət alan Rodriqos
müasir neyrocərrahiyyə və neyroplastika sayəsində xilas edilib.
Şannon Malloy adlı qız ağır avtomobil qəzasından sonra xəstəxanaya
çatdırılıb. Maşının qapısı sözün əsil mənasında onun boynuna çırpılıb.
Xəstəxanada həkimlər qapının çırpılması nəticəsində onun baş beyin və
onurğa beynini birləşdirən hər bir vətərininin qırıldığını aşkar etdi.
Onun başqa orqanları isə heç bir zədə almamışdı. Aparılmış uğurlu
əməliyyat nəinki qızın həyatını xilas etdi, hətta onu iflicdən belə
xilas etdi. Bununla belə, Malloyda nitq qüsuru yarandı və sol gözü ilə
görməkdən məhrum oldu.
Diana Odell düz 60 il süni nəfəs aparatı ilə yaşayıb. 3 yaşında
keçirdiyi poliomielit (uşaq onurğa beyin iflici) xəstəliyindən sonra
onun onurğasında deformasiya gedib. Ömrünün sonuna kimi aparatlarla
yaşayan qadın universitet bitirərək kitab yazmağa da macal tapıb.
2008-ci ildə Diananı yaşadan maşın funksiyasını dayandırmaqla onun
həyatına son qoydu.
Finneas Qeyc neyrocərrahiyyə tarixində həyata keçirilən ilk əməliyyatı
yaşayan insan olub. 1840-cı ildə təxribatçı əsgər Qeyc Vermont ştatında
yerləşən şaxtada məftilin yanma vaxtını düzgün hesablamayıb. Nəticədə,
mərmi partlayaraq 20 metrədək metal çubuqları ətrafa səpələyib. Həmin
metal parçalardan biri isə bədbəxtçilikdən onun başına sancılıb.
Cərrahlar Finneasın başından metal çubuğu çıxara bilib. Yarım ildən
sonra Qeyc normal həyata qayıda bilib, lakin tez-tez baş ağrılarından
əziyyət çəkib.
1986-cı ildə soyuq qış günlərinin birində 2 yaşlı Mişel Fank evinin
qarşısında yerləşən donmuş çayın yaxınlığına oynayırmış. Buz sınır və
qız suya düşür. Qızı sudan yarım saatdan sonra çıxartdılar. Sudan
çıxararkən qızda heç bir həyatı əlamət yox idi. Həkim ona ürək masajı
etdi, qanını isitdi və orqanlarını hərəkətə gətirdi. Mişel gözlərini
açdı və xoşbəxtlikdən soyuq su onun beynini dondurmamışdı.
Danimarkalı Dennis Aabo Sorensen əlini hələ 2003-cü ildə itirib. 2014-cü
ildə isə həkimlər Sorensenin çiynindəki sinir ucluqlarına elektrod
sistem qoşublar. Nəticədə, süni əl ilə oğlan nəinki bədənini tərpədə,
hətta barmaqları ilə əşyaları da hiss etməyə başlayıb.
2014-cü ildə italiyalı motosikl sürücüsü qəzaya düşdükdən sonra
xəstəxanaya qeyri-adi simptomlarla daxil olub. Onun ürəyi əvvəlkindən
fərli olaraq fasilələrlə və zəif döyünməyə başlayıb. Oğlanı müayinə edən
həkimlər isə gördüklərinən şoka düşüb. Sən demə qəza nəticəsində
oğlanın ürəyi 90 dərəcə sağa fırlanıb. Xoşbəxtlikdən, həkimlər oğlanın
ürəyini əvvəlki vəziyyətinə gətirə biliblər.
2010-cu ilin yanvarında Meksika klublarının birinin ayaqyolunda
paraqvaylı futbolçu Salvador Kabanyasunun başına atəş açılıb. Onun sağ
qalması üçün şans çox aşağı idi. Kritik vəziyyətə baxmayaraq futbolçu
sağ qalaraq əvvəlki formasına qayıda bildi. Lakin həkimlərin tövsiyəsi
güllə onun başından çıxarılmayıb. Çünki, güllənin çıxarılması onun
həyatına son qoya bilər.
Çətin ki, gülləbarandan kimsə sağ çıxsın. Lakin Venseslao Moquel
istisnadır. O, 1915-ci il Meksika inqilabı zamanı məhkəmə qərarı olmadan
güllələnib. Güllələnmə zamanı 9 güllə onun bədənini dəlib keçib.
Sonuncu güllə isə sifətinə dəyib. Atəş açanlar onun öldüyünü zənn edib.
Amma o sağ qalıb və əsgərlər getdikdən sonra hadisə yerindən qaçıb.
Tibbi müdaxilədən sonra sağlamlığı bərpa olunub.