Xəzər Xəbər

Britaniya ordusu xərclərini azaldır və əsgərləri tərxis edir

Dünya | 17:21 • 12 Yanvar 2018
Britaniya ordusu xərclərini azaldır və əsgərləri tərxis edir

Böyük Britaniyanın Müdafiə Nazirliyi yeni ixtisarlar planlaşdırır. Krallığın hərbi büdcəsi növbəti 10 ildə 27 milyard dollar azala bilər. Həmçinin 14 min əsgərin ordudan tərxis olunacağı gözlənilir.


AZƏRTAC "The Times” qəzetinə istinadla xəbər verir ki, tərxis olunacaq əsgərlər arasında 11 min hərbçi, 2 min dəniz piyadası və Hərbi Hava Qüvvələrinin 1200 mütəxəssisi var. Bundan başqa, qənaət məqsədilə dəniz piyadaları və desantlar bir bölmədə birləşdiriləcək.


Qeyd edək ki, hazırda Böyük Britaniya Silahlı Qüvvələrinin sayı 83 min nəfər təşkil edir. 2003-cü ildə bu göstərici 112 min nəfər idi. İxtisarlardan sonra Birləşmiş Krallıq ordusunun heyəti son 200 il ərzində ən aşağı miqdara enəcək. Yeri gəlmişkən, 2017-ci ildə britaniyalılar müdafiəyə 60 milyard dollar ayırıb.

Xəbər lenti