Xəzər Xəbər

Qəribə fətva: Ər arvadını internetlə boşaya bilər

Maraqlı | 15:54 • 7 Dekabr 2017
Qəribə fətva:

Kişi ilə qadın arasında dini nikah telefon, məktub, mesaj və internet vasitəsilə pozula bilər.

Bu barədə Türkiyə Dəyanət Vəqfi Dini İşlər İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, virtual boşanma üz-üzə boşanma kimi etibarlıdır: "Ancaq kişi boşanmaq istədiyini inkar etməmilidir. Şəxs məktub və ya mesajın həyat yoldaşından gəldiyindən əmin olmalıdır”.

Məlumatda qadının məktubu oxuduğu andan boşanmanın reallaşdığı vurğulanıb./azvision.az

Xəbər lenti