Xəzər Xəbər

Xırdalandakı yanğında zəhərlənələr arasında tibb bacısı və polis əməkdaşı da var - VİDEO

Veb TV | 14:48 • 7 Dekabr 2017
Xırdalandakı yanğında zəhərlənələr arasında tibb bacısı və polis əməkdaşı da var -

Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında baş vermiş yanğında tüstüdən zəhərlənələr arasında təcili tibbi yardımın tibb bacısı və polis əməkdaşı da var.

APA-nın xəbərinə görə, onlar - tibb bacısı, 27 yaşlı Həsənova Mətanət İsrafil qızı və 23 yaşlı polis əməkdaşı Heydərli Bəhruz Bayram oğludur.

Tüstüdən zəhərlənən 9 nəfərdən 6-na tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfərin müalicəsi Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, bu gün Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 36 nəfər bina sakinini təhlükəsiz əraziyə təxliyə edib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Xəbər lenti