Xəzər Xəbər

Bugünədək 198 min tondan çox pambıq tədarük olunub

İqtisadiyyat | 12:46 • 7 Dekabr 2017
Bugünədək 198 min tondan çox pambıq tədarük olunub

Dekabrın 7-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 198 min 473 ton məhsul təhvil verilib. Bu isə, ötən ilin ümumi göstəricisindən 109 min ton çoxdur.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, ötən gün 758 ton pambıq tədarük edilib.

Ən çox pambıq təhvil verən rayonlar bunlardır: Saatlı 25 min 436 ton, Biləsuvar 24 min 189 ton, Bərdə 21 min 389 ton, Ağcabədi 19 min 454 ton, Sabirabad 17 min 606 ton.

Xəbər lenti