Xəzər Xəbər

Azərbaycanda ünvanlı sosial yardım ləğv ediləcək

Gündəm | 12:43 • 15 Noyabr 2017
Azərbaycanda ünvanlı sosial yardım ləğv ediləcək

"Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur”

XəzərXəbər-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir deyib ki, ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb:

"Bu proqramların icrası məqsədi ilə ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılıb və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib”.

S.Müslümov bildirib ki, növbəti ildə isə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: "Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə hamını işlə təmin etməyi qarşımıza hədəf qoymuşuq”.

Nazir əlavə edib ki, əmək qabiliyyəti olan insanları işlə təmin etməklə ünvanlı sosial yardım sistemini aradan qaldırmaq mümkün olacaq.

"Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əmək qabliyyəti olan şəxs işsiz qalmayacaq. Proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə ailədə əmək qabliyyəti olmayanlara dövlət yardımı veriləcək. Belə ailələrə dövlət yaşayış minimumdan yuxarı miqdarda orta məbləğ müəyyənləşdirərək yardım verəcək”.

Xəbər lenti