Xəzər Xəbər

Eksternat imtahanları keçiriləcək

Cəmiyyət | 12:02 • 15 Noyabr 2017
Eksternat imtahanları keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müvafiq əmrinə əsasən, dekabrın 26-27-də paytaxtdakı 258 nömrəli tam orta məktəbdə əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

BŞTİ-dən XəzərXəbər-ə verilən məlumata görə, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Qeydiyyat və sənəd qəbulu dekabrın 1-dən 20-dək BŞTİ-də aparılacaq. Eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.

Ümumi orta təhsil proqramı üzrə eksternat qaydasında imtahanlarda iştirak üçün tələb olunan sənədlərin siyahısı və imtahan fənləri barədə əlavə məlumat veriləcək.

Xəbər lenti