Xəzər Xəbər

ŞAD XƏBƏR - Əmək pensiyaları artırılacaq

Gündəm | 11:50 • 15 Noyabr 2017
ŞAD XƏBƏR -

Milli Məclisin Əmək və sosial siyasət komitəsində Azərbaycanda sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın və işsizlikdən sığorta fondunun 2018-ci il üzrə büdcəsi müzakirə olunur.

XəzərXəbər-in məlumatına görə, müzakirələr zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2018-ci ildə büdcəsinin xərcləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılıb:

"Bu da cari ilin müvafiq göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər fondun bütün xərclərinin 97,7 faizini təşkil edəcək və 3 milyard 495 milyon manat olacaq. Xərclərdəki dəyişikliklər əmək pensiyaları üzrə 193,2 milyon manat artım, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 milyon manat azalma və digər xərclər üçün 1,9 milyon manat olacaq”.

Nazir azalmanın səbəbini izah edib: "Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə azalma onunla bağlıdır ki, növbəti ildən "İşsizlikdən sığorta haqqında” qanun fəaliyyətə başlayacaq. İndiyənə qədər fondun vəsaitləri hesabına ödənilən işsizlik müavinətləri artıq fondun büdcəsindən çıxarılıb. Həmin vəsaitlər işsizlikdən sığorta fondunun vəsaitləri hesabına ödəniləcək. Məhz bu azalma bununla bağlıdır”

S.Müslümov qeyd edib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər əhalinin 97,5 faizini təşkil edərək, 3 milyar 407 milyon manat proqnozlaşdırılır. Nazirin sözlərinə görə, yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 8 faiz artıb, inflyasiya 13.9 faiz olub, orta əmək haqqı 7.5 faiz artıb.

Xəbər lenti