Xəzər Xəbər

Danimarka DÇ vəsiqə qazandı, Rusiya yoldaşlıq görüşündə ispanlara uduzmadı - VİDEO

Veb TV | 10:07 • 15 Noyabr 2017
Danimarka DÇ vəsiqə qazandı,

Ötən gecə DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin pley-off oyunlarına yekun vurulub.

İrlandiya - Danimarka oyunu ilə Avropadan mundiala yollanacaq sonuncu komanda bəlli olub. Qarşılaşmada qonaqlar 5:1 hesabı ilə qalib gəliblər. Oyunda Kristian Eriksen het-trik etməklə matça damğa vurub.

İlk görüşdə tərəflər 0:0 hesablı heç-heçəyə razılaşmışdılar.

14 noyabr

DÇ-2018 pley-off mərhələsi, cavab oyunları

İrlandiya – Danimarka - 1:5

Qollar: Daffi, 6 - Kristensen, 29, Eriksen, 32, 63, 74, Bendtner, 90 (pen.)

İlk oyun – 0:0

 ******

Digər yoldaşlıq oyunları;

Rusiya – İspaniya – 3:3

Qollar: Smolov, 41, 70, Mirançuk, 51 – Alba, 9, Serxio Ramos, 35 (pen.), 53 (pen.)

 

Almaniya 2 - 2 Fransa

Qollar: Verner, 56, Ştindl, 90+3 - Lyakazett, 33, 71

Rumuniya 0 - 3 Hollandiya

Argentina 2 - 4 Nigeriya

Xəbər lenti