Xəzər Xəbər

Şagirdlərin nəzərinə Sabahdan payız tətili başlayır

Gündəm | 09:55 • 15 Noyabr 2017
Şagirdlərin nəzərinə

Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində payız tətili başlayır.

Təhsil Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, 2017-2018-ci dərs ilinin ilk tətili - payız tətili 16-20 noyabr tarixlərində olacaq: "Şagirdlər noyabrın 16-da dərsə getməyəcəklər. Həmin gün tətilin ilk günü olacaq. Noyabrın 21-də isə dərs başlayır”.

Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Bunlardan əlavə, Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.

Xəbər lenti