Xəzər Xəbər

Ermənistan ordusunda biabırçılıq - səhvən hərbi hissələrini bombaladılar - VİDEO

Veb TV | 20:48 • 14 Noyabr 2017
Ermənistan ordusunda biabırçılıq -

Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə təlim məşqləri zamanı baş verib. Döyüş atışlarını yerinə yetirən minaatan heyətinin səriştəsizliyi səbəbindən mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işinin başlanıldığı təsdiqlənib. Hazırda istintaq tədbirləri həyata keçirilir.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, bu, Ermənistan ordusunda, xüsusən də işğal edilmiş ərazilərdə yaşanan ilk belə hal deyil.

Ekspert deyir ki, mərminin hərbi hissəyə düşməsi erməni hərbçilərin səriştəsizliyinin və qeyri-peşəkarlığının göstəricisidir.

Şair Ramaldanovun fikrincə, bu hadisə həm də erməni hərbçilərdəki ruh düşkünlüyünün nəticəsidir.

Ekspert deyir ki, bu biabırçı hadisədən sonra həm Ermənistan hökuməti, həm də xalq bir daha ordudakı vəziyyəti gördü. Bu səbəbdən də işğal edilmiş torpaqlardan çıxmaq barədə qərar qəbul etməlidirlər.

Şair Ramaldanov bildirir ki, Ermənistan ordusunun bu cür səhvləri bundan sonra da təkrarlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti