Xəzər Xəbər

Prezident: “Qarabağla bağlı mövqeyimizdə dəyişiklik olmayacaq”

Gündəm | 17:31 • 14 Noyabr 2017
Prezident:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq”. 

XəzərXəbər-in xəbərinə görə, bunu Azərbaycan Prezidenti, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş yubiley mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Dövlət başçısı əlavə edib ki, Azərbaycanın hərbi gücünün artırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Ötən ilki Aprel döyüşlərindən danışan İlham Əliyev qeyd edib ki, bu döyüşlər Azərbaycanın şanlı hərbi qələbəsidir.

Xəbər lenti